azturkxeber.az
http://azturkxeber.az

e-Sosial mobil tətbiqi “mygov”a tam inteqrasiya olunaraq bu gündən fəaliyyətini dayandırdı

02-05-2026

Bu gündən “e-Sosial” mobil tətbiqi “mygov” platformasına tam inteqrasiya olunması ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində görülən işlərin davamı olaraq tətbiqdəki xidmətlər “mygov” platformasına tam inteqrasiya olunub.

Bununla əlaqədar vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan rəqəmsal xidmətlərə mobil vasitələrlə çıxışı bundan sonra yalnız “mygov” mobil tətbiqi vasitəsilə təmin ediləcək.

Qeyd edək ki, sosialyönümlü xidmətlərin vahid rəqəmsal ekosistemdə cəmləşdirilməsi dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında təşkilinə, rəqəmsal resurslardan səmərəli istifadə və texnoloji infrastrukturun optimallaşdırılmasına, eyni zamanda xidmətlərin daha proaktiv və effektiv şəkildə təqdim olunmasına xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031