azturkxeber.az
http://azturkxeber.az

Böyük Qayıdışın yaratdığı təbəssüm

02-05-2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzura geri qayıdan sakinlərin iştirakı ilə fləşmob keçirilib.

Azturkxeber.az xəbər verir ki, fləşmobda doğma yurdlarına qovuşan insanların daxili sevinci və ruh yüksəkliyi nümayiş olunur. Video layihənin əsas ideyası heç bir sözə ehtiyac duymadan, yalnız insan simalarındakı ifadə ilə Böyük Qayıdışın yaratdığı sevinci, saf və gözəl duyğuları çatdırmaqdır. Ağbirçək nənələrin və ağsaqqal babaların illər sonra tapdıqları hüzur, gənclərin gələcəyə olan inamı və uşaqların doğma torpaqdakı ilk qayğısız gülüşləri kadrda birləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031