Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb




2026-cı ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışı başa çatıb.
Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, toplanışın başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, toplanış zamanı iştirakçıların döyüş vərdişləri və bacarıqları inkişaf etdirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.
Plana uyğun olaraq, hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi hazırlıq üzrə məşğələlər, eləcə də müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib, vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.
Sonda iştirakçılara gələcək işlərində uğurlar arzulanıb və təlimdə fərqlənənlərə fəxri fərmanlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: