azturkxeber.az
http://azturkxeber.az

ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli 44 ticarət gəmisini ələ keçirib

01-05-2026

ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli 44 ticarət gəmisini ələ keçirib

ABŞ Hərbi Dəniz Qüvvələri blokadanın başlanğıcından etibarən İran limanlarından yola düşən və ya İrana istiqamətlənən 44 ticarət gəmisini ələ keçirib.

Bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı məlumat yayıb.

“Bu günədək 44 kommersiya gəmisinə geri dönmək və ya limana qayıtmaq əmri verilib”, - deyə açıqlamada bildirilir.

Daha əvvəl Mərkəzi Komandanlığın rəhbəri, admiral Bred Kuper qeyd edib ki, blokadanın başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri ümumilikdə 69 milyon barel neft daşıyan 41 tankeri ələ keçirib.

Admiralın sözlərinə görə, “hazırda İran rejimi 41 tanker vasitəsilə daşınan 69 milyon barel nefti sata bilmir. Bu isə İran rəhbərliyinin istifadə edə bilməyəcəyi 6 milyard dollardan çox vəsait deməkdir”.

O, blokadanın effektiv olduğunu və ABŞ qüvvələrinin onun tam icrasını təmin etməkdə qətiyyətli olduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031