azturkxeber.az
http://azturkxeber.az

İsrail ordusu Livandan gələn PUA-ları zərərsizləşdirib

03-03-2026

​İsrail Müdafiə Ordusu (SAXAL) Livan tərəfindən ölkənin hava məkanına daxil olan iki pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını açıqlayıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Livan tərəfindən İsrail ərazisinə daxil olan iki pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib.

​Ordunun mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Qərbi Qalileya bölgəsində düşmən aparatlarının aşkarlanması ilə bağlı həyəcan siqnalları işə düşdükdən dərhal sonra İsrail Hərbi Hava Qüvvələri hər iki aparatı havada məhv edib.

​Məlumatda həmçinin qeyd olunur ki, bundan bir qədər əvvəl Ha-Goşrim yaşayış məntəqəsində səslənən həyəcan siqnalının yanlış olduğu müəyyən edilib.

Hazırda bölgədə vəziyyətin nəzarət altında olduğu bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031