PIRLS 2026-nın əsas mərhələsi 9 minədək şagird arasında keçiriləcək
Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatının (PIRLS 2026) əsas mərhələsi gələn ilin aprel-may ayları ərzində ölkənin bütün bölgələrindən seçilmiş 224 məktəb üzrə 9 minə yaxın şagird arasında keçiriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin aprel ayında Azərbaycanda 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarığını qiymətləndirən PIRLS 2026-nın sınaq mərhələsi keçirilib. Sınaq mərhələsində Azərbaycanın bütün bölgələrindən seçilmiş 25 məktəb üzrə 32 sinifdən 700-dən çox şagird həm imtahan, həm də sorğu mərhələsi üzrə tapşırıqları cavablandırıb. Eyni zamanda, seçilmiş 700-dən çox şagirdin valideyni, həmin şagirdlərin təhsil aldığı 25 məktəbin direktoru və seçilmiş hər sinifdən ümumilikdə 32 müəllim nəzərdə tutulmuş sorğuda iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: