azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyi tərəfindən hakimlərin hazırlığının artırılması məqsədilə təlimlər keçirilib

30-12-2025

Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə hakimlər üçün mülki hüquq və mülki proses, həmçinin inzibati hüquq və prosesi üzrə təlimlər keçirilib.

Təlimlər Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev, həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, professor Konstantin Branovitskiy, Almaniyanın Berlin şəhərinin inzibati məhkəməsinin hakimi Jorg Pudelka tərəfindən keçirilib.

Hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və sonradan həmin hakimlər vasitəsilə digər hakimlərin və hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimlərdə müxtəlif instansiyalar üzrə 32 hakim iştirak edib.

Ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu çərçivədə hakimlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031