azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda hakimlər üçün mülki hüquq və mülki proses üzrə təlimlər keçirilib

16-03-2026

Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə Lənkəran şəhərində hakimlər üçün mülki hüquq və mülki proses hüququ mövzularını əhatə edən təlimlər keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təlimləri Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev və həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, professor Konstantin Branovitski tədris ediblər.

Təlimlər hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və sonradan onların vasitəsilə digər hakimlərin, eləcə də hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub. 5 gün davam edən təlimlərdə müxtəlif instansiyalar üzrə 19 hakim iştirak edib.

Qeyd edək ki, ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu istiqamətdə hakimlərin hazırlığının davamlı olaraq təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031