azturkxeber.az
http://azturkxeber.az

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək gələnilki birinci hərracın vaxtı açıqlanıb

29-12-2025

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək gələnilki birinci hərracın vaxtı açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeni ilin ilk hərracı yanvarın 6-da keçiriləcək.

Azturkxeber.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca 14 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1999-2013-cü illəri əhatə edir.

Məlumata əsasən, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac yanvarın 13-də keçiriləcək. Hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi, 152 nəqliyyat vasitəsi çıxarılacaq. İştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Salyan broyler”, “Yevlax Yük Avtonəqliyyat”, “Yevlax Kəndnəqliyyat”, “Şıxlar Broyler” və “Xaçmaz Mexanizasiya Nəqliyyat” açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 123 min 56 manatla 1 milyon 120 min 118 manat arasında dəyişir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031