azturkxeber.az
http://azturkxeber.az

Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib

29-12-2025

Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib

23 dekabr tarixində Bank of Baku tərəfindən 23 sentyabr 2025-ci ildə emissiyası həyata keçirilmiş 20 milyon manatlıq istiqrazlar üzrə bütün investorlara ilk kupon ödənişi uğurla icra edilib.

İstiqraz sahiblərinin hesablarına ümumilikdə 650 min manat köçürülüb. Bu məbləğ yekunda 3 milyon 900 min AZN təşkil edəcək.

Qeyd edək ki, faiz gəlirləri rüblük qrafik əsasında ödənilir və illik gəlirliliyi 13 %, hər birinin nominal dəyəri 100 AZN olan istiqrazlara görə ikinci kupon ödənişi 2026-cı ilin mart ayında baş tutacaq. (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir)

Xatırladaq ki, Bank of Baku-nun istiqrazları investorlar tərəfindən yüksək maraqla qarşılanmışdı və bu da Bank of Baku-ya olan etimadın, eləcə də kapital bazarına artan marağın göstəricisidir.

“Bank of Baku”nun məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, “Bank of Baku”nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsinə – www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031