azturkxeber.az
http://azturkxeber.az

Almaniya “Arrow 3” raketdən müdafiə sisteminin ilk mərhələsini işə salıb

04-12-2025

Almaniya “Arrow 3” raketdən müdafiə sisteminin ilk mərhələsini işə salıb

Almaniya Silahlı Qüvvələri (Bundesver) “Arrow 3” raketdən müdafiə sisteminin ilk mərhələsini rəsmi olaraq işə salıb.

Azturkxeber.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ilkin fəaliyyət mərhələsində radar, buraxılış qurğuları və təlim keçmiş heyət məhdud həcmdə müdafiə əməliyyatlarını yerinə yetirmək üçün hazır vəziyyətə gətirilib.

İsrail və ABŞ tərəfindən birgə hazırlanmış “Arrow 3” sistemi ballistik raketləri 100 kilometrədək hündürlükdə və 2000 kilometrdən artıq məsafədə məhv edə bilir. Sistem “Hit-to-Kill” prinsipi ilə işləyir və hədəfi partlayışla deyil, birbaşa dəqiq zərbə ilə zərərsizləşdirir.

“Arrow 3” 2030-cu ildə tam döyüş hazırlığına çatacaq. Brandenburqla yanaşı, Almaniyanın şimalında və cənubunda daha iki hərbi hissənin yaradılması planlaşdırılır. Bu sistem Bundesverin arsenalındakı mövcud “Patriot” və “Iris-T” komplekslərini tamamlayaraq Avropada çoxmərhələli raketdən müdafiə sisteminin formalaşdırılmasına xidmət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031