azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

02-12-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirilib.

Qəbul üçün müraciət etmiş şəxslərin hər biri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Bir sıra məsələlərlə bağlı yerində zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli məqsədilə müvafiq dövlət qurumlarına müraciətlərin ediləcəyi qeyd olunub.

Qəbul zamanı vətəndaşlara müraciətləri ilə əlaqədar hüquqi məsləhətlər verilib, həmçinin Ombudsmanın 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, elektron poçt ünvanları, rəsmi sosial şəbəkə hesabları barədə məlumatlar təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031