azturkxeber.az
http://azturkxeber.az

Cəbrayılda yaşıl enerjinin ötürülməsini təmin edəcək yarımstansiyada işlər başa çatıb

02-12-2025

İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan tərəfindən irihəcmli işlər həyata keçirilir. Belə ki, bp ilə “AzərEnerji” arasında əməkdaşlıq sazişinə uyğun olaraq, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 kilometr məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib.

“AzərEnerji”dən bildirilib ki, layihələrin əsas məqsədi dövlət-özəl tərəfdaşlığına dəstək, karbon emissiyalarının azaldılması, təbii qaza qənaət olunması və bərpaolunan enerji mənbələrinin payının artırılmasıdır.

Bu layihələr Azərbaycanın yaşıl enerji keçidinə və enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Stansiyada istehsal olunan elektrik enerjisinin “Virtual Enerji Ötürülməsi Mexanizmi” (VPTA) çərçivəsində 330 kilovoltuq “Cəbrayıl” Enerji Qovşağına, oradan isə enerjisistemə ötürülməsi və eyni miqdarda enerjinin Səngəçal terminalına verilməsi nəzərdə tutulur.

Yeni tikilən “Cəbrayıl” yarımstansiyasında işlər yekunlaşıb və “Şəfəq” Günəş Elektrik Stansiyası tikilərək istismara verildikdən sonra istehsal olunan yaşıl enerjinin ötürülməsinə başlanılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031