ASTF rəsmiləri ASTB-nin konqresində iştirak ediblər
Xorvatiyanın Zadar şəhərində Avropa Stolüstü Tennis Birliyinin növbəti konqresi keçirilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılovanın da qatıldığı tədbirdə ASTB-yə üzv ölkələrin numayəndələri iştirak ediblər. Konqresdə ali idman qurumunun son bir ildə gördüyü işlər haqqında hesabat dinlənilib, mövcud durum və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr diqqətə catdırılıb. ASTB rəhbərliyi tərəfindən, məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, stolüstü tennis idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.