azturkxeber.az
http://azturkxeber.az

Türkmənistan 2026-cı ildə MDB-yə sədrlik edəcək

10-10-2025

Türkmənistan 2026-cı ildə MDB-yə sədrlik edəcək

MDB orqanlarına sədrlik 2026-cı il yanvarın 1-dən Tacikistandan Türkmənistana keçəcək.

Bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən geniş tərkibdə iclasında məlumat verib.

“Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Birliyə sədrliyin gələn ilin yanvarından başlayaraq Türkmənistana keçməsi qərara alınıb”, -deyə Tacikistan Prezidenti bildirib.

Yenidən üç il müddətinə Birliyin Baş katibi seçilən Sergey Lebedev qeyd edib ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031