azturkxeber.az
http://azturkxeber.az

RF Prezidentinin köməkçisi: Rusiya Donald Trampa Nobel Sülh Mükafatının verilməsini dəstəkləyərdi

10-10-2025

RF Prezidentinin köməkçisi: Rusiya Donald Trampa Nobel Sülh Mükafatının verilməsini dəstəkləyərdi

Rəyinin nəzərə alınacağı təqdirdə Rusiya Nobel Sülh Mükafatının ABŞ Prezidenti Donald Trampa verilməsi qərarını dəstəkləyərdi.

Bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. O əlavə edib: “Düşünürəm ki, bəli, bizdən soruşsalar, yəqin ki, cavabımız müsbət olardı”.

ABŞ Prezidenti Donald Tramp 2025-ci il Nobel Sülh Mükafatına namizədliyi məsələsində geniş beynəlxalq dəstək alıb. Onun namizədliyini dəstəkləyən siyasətçilər arasında Azərbaycan Prezidenti İlham Əliyev, Maltanın Baş naziri Yan Borq, İsrailin Baş naziri Benyamin Netanyahu və Ermənistanın Baş naziri Nikol Paşinyan var.

Nobel Sülh Mükafatının təqdimetmə mərasimi 2025-ci il dekabrın 10-da Osloda keçiriləcək və laureatın adı oktyabrın 10-da açıqlanacaq. Mükafata namizədlər Norveç Nobel Komitəsi tərəfindən hər il yanvarın sonuna qədər qəbul edilir, bundan sonra qapalı müzakirələr başlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031