azturkxeber.az
http://azturkxeber.az

“Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquqi-maarifləndici tədbir keçirilib

10-10-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Narkomaniya ilə mübarizənin hüquqi və sosial-ictimai aspektləri” mövzusunda hüquqi-maarifləndici tədbir təşkil edilib.

Tədbirdə çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi sahəsində mövcud olan normativ hüquqi aktlar, narkomaniyanın səbəb olduğu sosial fəsadlardan danışıb.

Xüsusilə Ombudsmanın narkomaniya ilə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə fəaliyyəti, uşaq və gənclərin iştirakı ilə keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031