azturkxeber.az
http://azturkxeber.az

Fransalı futbolçu: Komandamız Azərbaycan millisindən güclü olsa da, sürpriz nəticə qeydə alına bilər

10-10-2025

Fransalı futbolçu: Komandamız Azərbaycan millisindən güclü olsa da, sürpriz nəticə qeydə alına bilər

Oyun asan olmayacaq, Fransa yığması çox güclüdür.

Bu sözləri açıqlamasında vaxtilə “Qəbələ” və “Neftçi” komandalarında çıxış etmiş futbolçu Baqali Dabo DÇ-2026-nın seçmə mərhələsində bu gün keçiriləcək Fransa-Azərbaycan oyunu ilə bağlı danışarkən deyib.

Fransalı hücumçu dünya futbolunda bu cür matçlarda dəfələrlə sürpriz nəticələrin qeydə alındığını bildirib: “Futbol 90 dəqiqədən ibarətdir. Hakimin final fitinə kimi hər şey mümkündür. Hazırda Azərbaycan millisində Ayxan Abbasov işləyir. Mən onu “Zirə”dəki uğurlu nəticələrindən xatırlayıram. Bu mütəxəssisin komandasına qarşı oynamaq heç də asan deyildi. Kiçik büdcə ilə yaxşı kollektiv formalaşdırmışdı. Azərbaycan millisi üçün yerli məşqi seçimi düzgün addımdır. Yığmaya fayda dəyə bilər”.

Qeyd edək ki, “Park de Prens” stadionunda keçiriləcək Fransa-Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031