Dünyanın ən böyük mavi ammonyak zavodu gələn il fəaliyyətə başlayacaq
Dünyanın ən böyük mavi ammonyak zavodu 2026-cı ildə fəaliyyətə başlayacaq. Zavodun ilkin illik istehsal gücü 900 min ton təşkil edəcək.
“QatarEnergy” şirkətinə məxsus olan “Qafko 7” zavodunun illik istehsal gücünün 1,2 milyon ton olacağı nəzərdə tutulur.
Layihə çərçivəsində ildə 1,5 milyon ton tutumlu karbon qazının saxlanması üçün anbar da tikilir. Layihənin ümumi dəyəri təxminən 1,2 milyard ABŞ dolları olaraq qiymətləndirilir.
Zavodun təməli Qətərin Miseyid sənaye şəhərciyində 2024-cü ilin noyabrında qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: