Dəmiryolçulara Dəstək: Səyyar Göz Klinikası Bakı Dəmiryol Vağzalında

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi və dəmiryolçuların peşə bayramı münasibətilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası Bakı Dəmiryol Vağzalında ADY əməkdaşları üçün göz müayinəsi aksiyası təşkil edib.
İki günlük aksiyanın birinci günündə klinikanın həkim heyəti dəmiryolçuları müasir oftalmoloji cihazlarla müayinələrdən keçirib, müayinələrin nəticələrinə əsasən onlara müvafiq tibbi məsləhətlər verilib.
Hər il keçirilən bu aksiyanın məqsədi ADY əməkdaşlarının sağlamlığına dəstək olmaq və korporativ məsuliyyət çərçivəsində insan mərkəzli fəaliyyəti gücləndirməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: