azturkxeber.az
http://azturkxeber.az

Ədəbiyyat Muzeyində yazıçı Əlibala Hacızadənin xatirə guşəsi yaradılacaq

10-10-2025

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli yazıçı Əlibala Hacızadənin xatirəsinə ehtiram əlaməti olaraq ədibin guşəsi yaradılacaq.

Ədəbiyyat Muzeyindən bildirilib ki, bu məqsədlə yazıçının qızı, Əməkdar jurnalist Asya Hacızadə atasının şəxsi əşyalarını, yadigarlarını Ədəbiyyat Muzeyinə hədiyyə edib.

Asya Hacızadənin budəfəki sovqatı Əlibala Hacızadənin yağlı boya ilə işlənmiş portreti olub. O, həmçinin şüşə üzərində işlədiyi daha bir zərif rəsm əsərini muzeyə hədiyyə edib.

Muzeydə Əlibala Hacızadəyə məxsus guşədə nümayiş etdiriləcək xatirə əşyaları, əlyazmalar, əsərlər, çoxsaylı kitablar, tarixi sənədlər, orijinal fotolar və digər maraqlı eksponatlar ədibin irsinin təbliği və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətə malikdir.

Ekspozisiya tezliklə ziyarətçilərin üzünə açılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031