azturkxeber.az
http://azturkxeber.az

Ağdamda istehlaka yararsız ət aşkarlanıb

10-10-2025

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdam rayonu, Təzəkənd stasionar postunda Sabir Samir oğlu Rüstəmova məxsus “Toyota Prius” markalı avtomobilə baxış keçirilən zaman 92 kiloqram çəkisi olan iribuynuzlu heyvan cəsədi aşkar edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən olunub.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031