azturkxeber.az
http://azturkxeber.az

Ölkəmizdə Siyasi Partiya Sədlərinin İşğaldan azad olunmuş ərazilərə birgə səfərləri və demokratik dialoq mühitinin formalaşması -KAMİLƏ ƏLİYEVA

06-06-2025

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərimizə birgə səfərləri cəmiyyətimiz tərəfindən demokratik bir ənənə kimi qəbul olunur. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühiti iqtidarla digər siyasi partiyalar arasında etibarlı münasibətlərin yaranmasına xidmət edir.
Siyasi partiya sədrlərinin və nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə ənənəyə çevrilmiş səfərləri milli həmrəylik təzahürüdür. Danılmaz həqiqətdir ki, dövlətin güclü olması, beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsində siyasi dialoq, həmrəylik ən ümdə məsələlərdən biridir. Ölkə başçımızın təşəbbüsü ilə ölkəmizdə bərqərar olmuş milli həmrəyliyin və siyasi dialoqun nəticəsidir ki, torpaqlarımızı işğaldan azad etdik və bu gün Azərbaycan tək regionda deyil, beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir.
İyunun 3-də Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca 7-ci olan birgə səfəri baş tutdu. Son illər Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasi dialoq mühiti çərçivəsində müxtəlif layihələr icra edilir. İşğaldan azad olunmuş ərazilərə siyasi partiya rəhbərlərinin səfərləri də bu layihələrin tərkib hissələrindən biridir. Bütün bu təşəbbüslər demokratik ənənələri daha da möhkəmləndirir və siyasi prosesdə iştirak edən tərəflər arasında əməkdaşlıq münasibətlərini dərinləşdirir. Budəfəki səfərdə ümumilikdə 70 nəfərdən artıq şəxs iştirak etməklə 24 siyasi partiyanın sədr və nümayəndələri, KİV nümayəndələri təmsil olunurdu.
Siyasi partiya sədrləri ilə birgə səfərdə iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış edərək Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində ötən dövr ərzində görülmüş işlər barədə məlumat verdi. Ədalət Vəliyev sağlam əməkdaşlığın həmrəylliyin, siyasi stabilliyin və demokratik münasibətlərin əsas göstəricilərdən biri olduğunu vurğuladı.
Təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən bəzi siyasi partiyalar siyasi dialoq və həmrəylik naminə atılmış bu cür addımları dəyərləndirmir, əksinə onların fəaliyyəti ölkəmizdə siyasi stabilliyi pozmağa yönəlmişdir. Bu cür yanaşma, onların bu fəaliyyəti sözsüz ki, xalqımız tərəfindən nifrətlə qarşılanır.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30