azturkxeber.az
http://azturkxeber.az

Daşkəsəndə Qurban bayramı münasibətilə sosial yardım aksiyası keçirilib

06-06-2025

Müqəddəs Qurban bayramı ərəfəsində “AzerGold” QSC, Daşkəsən Rayon İcra Hakimiyyəti və QSC-nin törəmə cəmiyyəti olan “Daşkəsən Dəmir Filiz” MMC-nin birgə təşkilatçılığı ilə sosial yardım aksiyası keçirilib.

Aksiya Daşkəsən rayonunda qeydiyyatda olan Birinci və İkinci Qarabağ – Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə zamanı yaralanmış şəxslər, eləcə də aztəminatlı ailələri əhatə edib. Onlara bayram təbrikləri çatdırılıb, qurban əti və digər ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.
Sosialyönümlü bu təşəbbüs ümumilikdə 160 ailəni əhatə edib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi olaraq həyata keçirilən bu tip aksiyalar əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə dəstək məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30