azturkxeber.az
http://azturkxeber.az

Premyer Liqanı tərk edən “Səbail”in kapitanı: Digər komandalardakı futbolçulardan heç də geri qalmırıq

12-05-2025

Premyer Liqanı tərk edən “Səbail”in kapitanı: Digər komandalardakı futbolçulardan heç də geri qalmırıq

“Premyer Liqada qalmağımıza mane olan bir çox səbəblər var. Bu barədə ətraflı danışmaq istəmirəm”.

Bu sözləri açıqlamasında Misli Premyer Liqasının başa çatmasına iki tur qalmış I Liqaya düşməsi dəqiqləşən “Səbail” klubunun kapitanı Yusif Nəbiyev deyib.

O, mövsüm ərzində komandada zədəli futbolçuların çox olmasının çıxışa mənfi təsir göstərdiyini bildirib: “Rəhbərlik, məşqçilər heyəti və oyunçular vəziyyətdən çıxmaq üçün əlindən gələni etdi. Bütün məsuliyyəti futbolçuların üzərinə yıxmaq istəmirəm. Heç kim bu duruma düşmək istəməzdi. Sadəcə olaraq, mövsüm boyunca stabil heyətimiz olmadı”.

Komandanın yerli və legioner futbolçuları ilə bağlı da danışan 27 yaşlı müdafiəçi qeyd edib: “Vallah, bizim oyunçular Premyer Liqanın digər komandalarında çıxış edən futbolçulardan heç də geri qalmırdılar. Hətta deyərdim ki, bəzi üstünlüklərimiz də var idi. Sadəcə, zədələr və cəzalar işimizə əngəl oldu”.

Yusif Nəbiyev klub rəhbərliyi ilə hələ görüşmədiklərini də əlavə edib: “Zirə” ilə oyundan sonra rəhbərliklə görüşümüz olmayıb. Gələcək karyeram barədə hələ düşünmürəm. Hazırda bütün diqqətimi son iki oyuna yönəltmişəm. Sonrası necə olacaq, baxarıq”.

Qeyd edək ki, “Səbail” 22 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031