azturkxeber.az
http://azturkxeber.az

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

23-03-2025

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik


"Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik".

Bu sözləri futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Haitiyə 0:3 hesabı ilə məğlub olduqları yoldaşlıq oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, futbolda hər bir komanda qalib gəlmək istəyir: "Haiti millisi zəif rəqib deyil. Heyətində güclü oyunçular var. Sadəcə, birəbir mübarizələrdə və müdafiədə səhvlərə yol verdik. Qol şanslarımız da oldu. Komandada soyuqqanlılıq çatmadı".

Qeyd edək ki, Azərbaycan seçməsi yoldaşlıq oyununda martın 25-də Masazırda Belarus komandası ilə üz-üzə gələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31