azturkxeber.az
http://azturkxeber.az

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

23-03-2025

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik


“Təlim-məşq toplanışına yığışandan bu günə qədər hazırlıq çox yaxşı gedirdi".

Bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haitiyə 0:3 hesabı ilə məğlub olduqları yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, matçın birinci hissəsində daha yaxşı çıxış etdiklərini bildirib: "Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik. Ümumi götürdükdə oyundan narazı qaldım. İkinci hissədə hücum xəttini gücləndirmək üçün dəyişikliklər etdik. Rəqib cinahlarda boşluqlar verirdi. Bunlardan yararlanmağa çalışdıq. Həmçinin orta sahədə də dəyişiklik etdik ki, intensivliyi artıraq. İkinci hissəyə balanslı başladıq. Amma ikinci qolu buraxdıqdan sonra komanda ruhdan düşdü. Xəyal Əliyev, Səbuhi Abdullazadə və digərləri meydana daxil olduqdan sonra daha çox hücumlar etməyə çalışdıq. Cəhdlər etsək də, sonluğu gətirə bilmədik”.

Qeyd edək ki, növbəti yoldaşlıq görüşü martın 25-də “Bank Respublika Arena”da Belarus yığmasına qarşı keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31