Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, İ. Qasımov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dənbildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının həyətində park edilmiş “NİVA” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “NİVA” markalı minik avtomobilinin arxa və salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi, bilavasitə yaxınlıqda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Cari ilin ilk 9 ayında Azərbaycana gətirilən minik avtomobillərinin 30,2%-i ekoloji təmiz nəqliyyat vasitələri olub
FHN hadisə ilə bağlı məlumat yayıb
FHN Mətbuat xidmətinin məlumatı (VİDEO)
FHN “Aghdam Residence” yaşayış kompleksində təlim keçirib (video, foto)
Binəqədi qəsəbəsində sexdə yanğın olub - YENİLƏNİB 2