azturkxeber.az
http://azturkxeber.az

Yeni Klinikada ilk dəfə canlıdan-canlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib

05-03-2025


Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində orqan transplantasiyası əməliyyatı icra olunub. Canlıdan-canlıya köçürülən böyrək transplantasiyası əməliyyatı uğurla yekunlaşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən verilən məlumata görə, xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı şəxsə (kişi) 59 yaşlı atasından böyrək köçürülməsi əməliyyatı icra edilib. Laparoskopik (qapalı) üsulla icra olunan donorun əməliyyatı və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Pasiyentin yaxın günlərdə evə yazılması planlaşdırılır. Donor olan şəxs isə artıq ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, dəyəri yüksək olan - zədələnmiş və ya xəstə böyrəyin sağlam donorun böyrəyi ilə əvəz edilməsi prosesi artıq ölkəmizdə icbari tibbi sığorta ilə qarşılanır. Bundan sonra müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanaya sahib Yeni Klinikada yüksək ixtisaslı, peşəkar komanda sayəsində böyrək transplantasiyası əməliyyatlarının icrası mümkün olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31