azturkxeber.az
http://azturkxeber.az

“KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb

05-03-2025


Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb.

KOBİA-nın dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir.

Bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb. Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcək. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.

Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31