azturkxeber.az
http://azturkxeber.az

KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024

IMG

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiya İnkişaf Bankı (AİB) arasında Azərbaycanda KOB-ların yaşıl keçidi və yaşıl inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AİB-in Azərbaycanda Rezident Missiyasının rəhbəri Sunniya Durrani-Camal imzalayıblar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, memorandumda AİB tərəfindən KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası Bəyannaməsi”nə dəstək ifadə edilməklə, bəyannamədə öz əksini tapmış məsələlər, o cümlədən KOB-ların yaşıl keçidinə yönəlmiş fəaliyyətin birgə həyata keçirilməsi nəzərdə tutulur.

Bu məqsədlə memorandumda KOB-ların yaşıl təşəbbüslərinin reallaşdırılmasına, bu sahədə bacarıqlarının artırılmasına və yaşıl maliyyəyə çıxışına birgə dəstəyin göstərilməsi, KOB-ların yaşıl keçidinə dəstək üçün normativ bazanın təhlili istiqamətində tədbirlərin görülməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb.

Görüşdə KOB-ların yaşıl keçidi, KOBİA və AİB arasında KOB sahəsində əməkdaşlıq imkanları, eləcə də memorandumdan irəli gələn məsələlər müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031