Şimal regionu üzrə 40 şagird Respublika fənn olimpiadalarının final mərhələsində biliyini sınayacaq
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbləri üzrə 40 şagird Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüquq qazanıb.
Finala vəsiqə qazanan şagirdlərin 18-i coğrafiya, 10-u Azərbaycan dili, 4-ü riyaziyyat, 3-ü biologiya, 2-si tarix, 2-si fizika, 1-i isə informatika fənni üzrə uğur qazanıb.
Finalda iştirak edəcək 40 şagirddən 15-i Xaçmaz, 11-i Şabran, 9-u Quba, 4-ü Qusar, 1-i isə Siyəzən məktəblisidir.
Olimpiadaların təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: