azturkxeber.az
http://azturkxeber.az

İşğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili davam etdirilir!

05-03-2025

 

“Azərpoçt” MMC-yə məxsus “Postcargo” şirkəti Qarabağ iqtisadi rayonunda fəaliyyət dairəsini genişləndirərək Şuşa şəhərinə də onlayn sifarişlərin çatdırılmasına başlayıb.

AzTurkxeber.az xəbər verir ki, bu barədə "Azərpoçt"-n mətbuat xidmətindən məlumat verilib. 

Bu günə kimi Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən “Postcargo” artıq Şuşada yaşayan vətəndaşlarımızın da sifarişlərini tez və rahat şəkildə əldə etməsini təmin edəcək. Bunun üçün vətəndaşlarımız https://postcargo.az/ saytı vasitəsilə Türkiyə, Amerika Birləşmiş Ştatları və Almaniyadan sifarişlərini həyata keçirə və bağlamalarını birbaşa Şuşa Poçt Filialında qəbul edə bilərlər. Vətəndaşlardan çatdırılma məntəqəsini seçərkən AZ5800 indeks kodunu qeyd etmələri xahiş olunur. 

Şuşa Poçt Filialı Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Xidmətləri Mərkəzində yerləşir. Xidmət həftəiçi saat 09:00-dan 17:00-dək, həftəsonu isə saat 09:00-dan 16:00-dək müştərilərin xidmətindədir.
Məlumat üçün bildirək ki, şirkət ölkə boyu fəaliyyət göstərən yüzlərlə poçt şöbəsi ilə vətəndaşlara əlçatandır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31