Dövlət Komitəsinin sədri Qaxda vətəndaşların müraciətlərini dinləyib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 27-də Qax şəhərində vətəndaşların müraciətlərini dinləyib.
Komitədən bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Görüşdə Qax, Zaqatala, Balakən və Şəki rayonlarından vətəndaşların müraciətləri İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın dövlət qeydiyyatına alınması, məscidin dini ədəbiyyatla təmin edilməsi, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması və digər məsələlərlə ilə bağlı olub.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.