azturkxeber.az
http://azturkxeber.az

Zərdabda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

08-04-2025

Zərdabda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 8-də Zərdab rayonunda vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Görüş zamanı Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə (“Qurani-Kərim”) kurslarının yaradılması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın dövlət qeydiyyatına alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930