Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların bölgələrdə qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu rayonunda vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub.
Görüşdə Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscidin dini ədəbiyyatla təmin olunması, müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması üçün icazənin alınması, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş dinləmədə vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.