azturkxeber.az
http://azturkxeber.az

MEDİA-nın yeddinci könüllülük proqramı uğurla yekunlaşıb

02-02-2025


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yeddinci könüllülük proqramı uğurla başa çatıb.

2024-cü ilin oktyabr ayından cari ilin yanvar ayınadək müddəti əhatə edən proqram çərçivəsində iştirakçılar Agentliyin müxtəlif strukturlarında fəal iştirak edərək, tapşırıqları yüksək səviyyədə yerinə yetiriblər. Bu müddət ərzində onlar peşəkar bacarıqlarını inkişaf etdirərək kommunikasiyanın səmərəliliyi, komanda işi və idarəetmə vərdişləri kimi mühüm sahələrdə təcrübə əldə ediblər.

Ölkədə könüllülük hərəkatı ilə bağlı həyata keçirilən işlərə diqqət çəkən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, gənclərin bu cür fəaliyyətlərə cəlb edilməsi onların həm sosial, həm də peşəkar bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradır. Belə təşəbbüslər ölkənin sosial və iqtisadi inkişafına öz töhfəsini verərək, gəncləri cəmiyyətin dəyişən tələblərinə uyğun daha hazırlıqlı və məsuliyyətli fərdlərə çevirir.

Proqramın iştirakçısı olmuş könüllülər təlimlərdə əldə etdikləri bilik və bacarıqların onların şəxsi inkişafının təmin edilməsində mühüm rol oynayacağını, gələcək fəaliyyətləri üçün stimul yaradacağını ifadə ediblər.

Görüşdə proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728