Ağdam Sənaye Parkında “Tabaterra” MMC-yə məxsus tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması bu ilin iyun ayında nəzərdə tutulub.
MMC-dən bildirilib ki, müəssisə Ağdam Sənaye Parkının 5 hektar ərazisində yaradılır. Fabrikin fəaliyyətə başlaması yerli əhalinin işlə təmin olunmasında mühüm rol oynayacaq. Ümumilikdə 70 milyon manat təşkil edən investisiya layihəsi çərçivəsində 300 nəfər daimi işlə təmin ediləcək. Əməkdaşların yaşayışı üçün isə “Tabaterra” MMC tərəfindən Ağdam Rezidens kompleksində 208 mənzil alınıb.
Müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı həm də ixrac yönümlü olacaq.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
2025-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin icrasına (operativ) dair məlumat
2026-cı ilin I rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
Milli Məclis komitələrinin birgə iclasında
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb