azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatında Ümummilli Lider Heydər Əliyevin anım günü  ilə bağlı tədbir keçirilib 

12-12-2024

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. 
Əvvəlcə, Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə tər çiçəklər düzüblər.
Daha sonra, Ombudsman Səbinə Əliyeva Aparatın əməkdaşları ilə Hökümət evində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək üçün ucaldılmış büstü ziyarət etməklə, dahi Şəxsiyyətin xalqımız qarşısında göstərdiyi əvəzsiz xidmətləri barədə danışıb. O, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yardılması və inkişafında, eləcə də vətəndaşlarımızın hüquq və azadlıqlarının təmini və müdafiəsi də daxil olmaqla, bütün sahələrdə aparılan islahatlardan, mötəbər tribunalardan Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində atdığı addımlar barəsində məlumat verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031