azturkxeber.az
http://azturkxeber.az

Əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilmişdir

22-09-2026

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yerləşən “Salahlı” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilmişdir.

Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dövlət sərhədlərimizin toxunulmazlığının təmin edilməsi məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilmişdir. Hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılmasının dövlət sərhədinin mühafizəsinə göstərilən ali diqqət və qayğının növbəti təzahürü olduğu xüsusi vurğulanmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov şəxsi heyətə çatdırmışdır.

Açılış mərasimindən sonra sərhəd zastavasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və mənzillərə baxış keçirilmişdir.

Tədbirin sonunda şəxsi heyətlə birlikdə nahar edilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930