azturkxeber.az
http://azturkxeber.az

Xankəndidə möhtəşəm bayram konserti keçirilib

21-09-2026

20 sentyabr — Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə konsert keçirilib.

Mədəniyyət Nazirliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkil etdiyi konsert Xankəndi şəhərinin mərkəzi meydanında gerçəkləşib.

Əvvəlcə Xankəndi, Xocalı və Ağdərədə aparılan bərpa və yenidənqurma işləri, eləcə də vətəndaşların doğma yurdlarına qayıdışı ilə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti müəllimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub, bəstəkar və xalq mahnılarımız səsləndirilib.

Bayram konsertini TÜRKSOY-un baş katibi Sultan Raev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və şəhər sakinləri izləyiblər.

Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramının sonunda atəşfəşanlıq olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930