Vətən müharibəsi qazisindən, Naxçıvan, Azərbaycan Müzəffər Ali Baş Komandan, hörmətli cənab Prezident

Bu yaxınlarda Naxçıvanda yaradılmış DOST Regional Mərkəzində oldum və burada vətəndaşlara göstərilən xidmətin yüksək səviyyədə təşkil olunmasından böyük məmnunluq hissi keçirdim. Əməkdaşların vətəndaşlara diqqətli, nəzakətli və operativ münasibəti xüsusi təqdirəlayiqdir.
Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, şəffaflıq, operativlik və vətəndaş məmnuniyyətini əsas götürən DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün mühüm nəticəsidir.
Bu nəcib təşəbbüsün Naxçıvanda da həyata keçirilməsi və 11 avqust 2026-cı il tarixində Naxçıvana səfəriniz zamanı DOST Regional Mərkəzinin açılışının keçirilməsi Naxçıvan sakinlərinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. Xüsusilə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirirəm. Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinin, sağlamlığını itirmiş qazilərimizin və müharibə iştirakçılarının sosial müdafiəsinin daim diqqətdə saxlanılması dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Bir qazi olaraq, Naxçıvanda DOST Regional Mərkəzinin yaradılmasını və burada göstərilən yüksək xidmət səviyyəsini böyük minnətdarlıq hissi ilə qarşılayıram.
Hörmətli cənab Prezident!
Naxçıvana göstərdiyiniz xüsusi diqqət və qayğıya, DOST layihəsinin Naxçıvanda həyata keçirilməsinə verdiyiniz dəstəyə, xüsusilə şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərdiyiniz davamlı dövlət qayğısına görə Sizə səmimi təşəkkürümü bildirirəm.
Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Abbasəli Tarverdiyev,
Vətən müharibəsi qazisi
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək şəhəri.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: