Milli Musiqi Günü ilə əlaqədar maarifləndirici dərs keçirilib




Məktəbdə Milli Musiqi Günü ilə əlaqədar şagirdlərin milli musiqi irsimizə olan marağının artırılması, Azərbaycan musiqisinin zənginliyinin və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə musiqi dərsi keçirilib.
Azturkxeber.az -ın məlumatına görə, dərs məktəbin musiqi müəllimi Elza İbrahimova tərəfindən təşkil olunub. Dərs zamanı Azərbaycan milli musiqisinin tarixi, görkəmli bəstəkarlarımızın yaradıcılığı və milli musiqi mədəniyyətimizin əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat verilib.
Şagirdlərin fəal iştirakı ilə keçirilən dərsdə milli musiqimizin mənəvi və mədəni irsimizin ayrılmaz hissəsi olduğu vurğulanıb.
Milli musiqimiz milli kimliyimizin və zəngin mədəni irsimizin əbədi ifadəsidir!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: