Qarabağ döyüşçüsü, Şəhid atası Əkbər Rüstəmovun kitabının təqdimatı keçirildi




Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin və Azad Vətən Partiyasının təşkilatçılığı ilə Veteranlar Birliyi Səbail təşkilatının akt zalında Qarabağ döyüşçüsü, Şəhid atası, Allahverdi Bağırov adına taborun komandir müavini, Azad Vətən Partiyasının Ağsaqqallar Şurasının sədri Hacı Əkbər Rüstəmovun yeni çapdan çıxmış “Xatirələr yaşadır məni” kitabının təqdimatı keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirə Azad Vətən Partiyasının sədr müavini Fəzli Mir (Qasımov) aparıcılıq edərək, Ə.Rüstəmovun həyat və döyüş yolu, kitabında göstərdiyi məqamlar, kitabın əsas məzmunu ilə bağlı məlumat verib, sonra Ə.Rüstəmov kitabın yazılma tarixi, kitab vasitəsi ilə çatdırmaq istədiyi vətənpərvərlik, insanlıq, Turançılıq ideyaları haqqında danışıb. Tədbirdə tədqiqatçı Tofiq Əlizadə, kitab müəllifinin həyat yoldaşı Mənsumə Rüstəmova, oğlu, Qarabağ Qazisi Sarvan Rüstəmov, şair, publisist Rəfayıl Tağızadə, Müharibə Təşkilatları İttifaqının rəhbəri, Qazi Emin Həsənli, Türkiyədən Balkan Türkeli Yardımlaşma Dərnəyinin başqan müavini Bədirəddin Sevin, ictimai fəal Kadir Ateş, Azad Vətən Partiyasının sədri Akif Nağı, Qarabağ Əlillərinə Qayğı İctimai birliyinin sədri Firidun Məmmədov, Qarabağ Qazisi Azad Ramazanov, Azad Vətən Partiyasının sədr müavini Tacəddin Əyyubov, Azad Vətən Partiyasının İcra aparatının rəhbəri Haşim İsgəndərli, Azad Vətən Partiyası Siyasi Şurasının üzvləri, Qarabağ Qaziləri Seymur İsmayılov, Ceyhun Tağıyev, QAT mücahidi Manaf Kərimov, şair Yaqub Məğrur, QƏQİB sədr müavini, Qarabağ Qazisi Zaur Qəribov, QƏQİB şöbə müdiri Ülviyyə Mustafayeva və digərləri iştirak və çıxış ediblər.
Sonda iştirakçılar xatirə şəkli çəkdirib.
AzVP Mətbuat Xidməti.
18.09.2026.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: