azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib

18-09-2026



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa Respublikasının Strasburq şəhərində “BRAVE 2026” İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib.

Azturkxeber.az-ın məlumatına görə, Xarici ölkələrin dövlət qurumlarının və biznes sektoru nümayəndələrinin, beynəlxalq təşkilat təmsilçilərinin və ekspertlərin, o cümlədən ombudsman və milli insan hüquqları təsisatlarının iştirak etdiyi konfransın keçirilməsində məqsəd məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın təşviqi və bu problemin aradan qaldırılması istiqamətində innovativ həllərin müzakirəsi olub.

Ombudsman Səbinə Əliyeva konfrans çərçivəsində “Yaşıl və rəqəmsal keçidlər şəraitində məcburi əmək: yeni risklər, yeni məsuliyyətlər” mövzusunda keçirilmiş sessiyyada müzakirələr zamanı milli insan hüquqları təsisatlarının məcburi əmək risklərinin qarşısının alınması və erkən müəyyənləşdirilməsinə mühüm töhfə verə biləcəyini qeyd edib.

Müvəkkil ölkəmizdə insan alverinə qarşı mübarizənin Ombudsman təsisatının fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, müvafiq müəssisələrə monitorinq səfərlərinin, potensial qurbanlarla konfidensial görüşlərin və maarifləndirmə tədbirlərinin keçirildiyini, bu sahədə preventiv tədbirlər istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyəti ilə əməkdaşlığının genişləndirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, respublikamızda 2026–2030-cu illəri əhatə edən İnsan Alverinə qarşı Mübarizə üzrə növbəti Milli Fəaliyyət Planının qəbul edildiyi, Azərbaycan Ombudsmanı tərəfindən irəli sürülmüş təklif və tövsiyələrin də bu Fəaliyyət Planının hazırlanması zamanı nəzərə alındığı vurğulanıb.

Tədbir çərçivəsində, Ombudsman Səbinə Əliyeva Avropa Şurasının baş katibi Alen Berse, Avropa Şurasının İnsan Hüquqları və Hüququn Aliliyi üzrə Baş direktoru Canluka Espozito, Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) İcraçı katibi Petya Nestorova və digər rəsmilərlə, həmçinin beynəlxalq ekspertlərlə görüşlər keçirib. Görüşlər zamanı insan hüquqları sahəsində, o cümlədən ombudsman təsisatları ilə əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb. Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930