azturkxeber.az
http://azturkxeber.az

Fövqəladə Hallar Nazirliyinin avtonəqliyyat vasitələri sürücülərinə müraciəti (VİDEO)

18-09-2026

Yay istirahət mövsümünün bitməsi və yeni tədris ilinin başlaması ilə şəhərdaxili avtomobil yollarında sıxlıq müşahidə olunmaqdadır.

Bu Azturkxeber.az-a FHN-ın mətbuat xidmətindən məlumat verilib

Belə vəziyyət fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və xilasetmə avtomobillərinin yollarda hərəkəti və hadisə yerinə vaxtında çatması üçün çətinliklər yaradır. Xüsusilə, bəzi sürücülərin hadisə yerinə tələsən yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsi son nəticədə baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək, onları avtomobil yollarında operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməyə çağırır.

Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar.

Unutmayaq ki, heç kəs fövqəladə hadisədən sığortalanmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930