azturkxeber.az
http://azturkxeber.az

ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirildi

18-09-2026

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) lokomotiv parkının yenilənməsi və yükdaşıma gücünün artırılması istiqamətində işləri davam etdirir.

Bu barədə Azturkxeber.az-a ADY-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti tərəfindən istehsal edilmiş AC50 tipli 7 ədəd müasir yük lokomotivi Bakıya çatdırılıb.

Magistral lokomotivlər qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir. Bu lokomotivlər ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir. Magistral teplovozlar müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib.

Texniki xidmət dövriliyinin 90 gün müəyyən edilməsi lokomotivlərin daha etibarlı və fasiləsiz istismarına, həmçinin teplovozun əsas çəninin tutumunun 2 min litr sıxılmış hava təşkil etməsi və 2 kompressordan ibarət olması daha uzun tərkibli qatarların daşınmasına da imkan yaradır.

Eyni zamanda, iki lokomotivin ard-arda qoşularaq bir lokomotiv briqadası tərəfindən idarə olunması dəmir yolu ilə daha çox yükün daşınmasına, ağır tonnajlı yük qatarlarının idarə olunması zamanı əməliyyat səmərəliliyinin artırılmasına və lokomotivlərdən daha effektiv istifadəyə şərait yaradır.

AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivlərdən xüsusi emissiya tələbləri olan ərazilərdə sərbəst istifadə imkanı verir.

Yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

Azərbaycan Dəmir Yolları lokomotiv parkının yenilənməsi, yük, həmçinin sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi istiqamətində işləri davam etdirəcək. Növbəti mərhələdə 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930