azturkxeber.az
http://azturkxeber.az

Qarşıdakı 10 ildə iqtisadi üstünlüyü kimlər qazanacaq? - Türk deputatdan önəmli təklif

16-09-2026

"Qarşıdakı 10 ildə ən böyük iqtisadi üstünlük süni intellektdən istifadə edənlərlə etməyənlər arasında yox, onun istehsalını həyata keçirənlərlə keçirməyənlər arasında olacaq".

Azturkxeber.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, deputat Kürşat Zorlu Türk Dövlətləri Təşkilatının (TDT) Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında çıxış edərkən deyib.

"Bu baxımdan Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması son dərəcə əhəmiyyətlidir. Fondun kapitalının 600 milyon dollara çatması və Türk Ticarət və Sənaye Palataları Birliyinin bu gün 2 milyondan çox müəssisəni təmsil etməsi, əlimizdə güclü iqtisadi infrastrukturun olduğunu göstərir. Lakin bundan sonrakı mərhələdə daha böyük düşünməliyik", - K.Zorlu deyib.

O, türk dünyasının nəqliyyat, enerji, rəqəmsal infrastruktur, yaşıl transformasiya və sənaye investisiyalarının maliyyələşdirilməsi üçün aşağıdakı təkliflərlə çıxış edib:

- Uzunmüddətli layihə maliyyələşdirilməsi;

- Ortaq zəmanət mexanizmləri;

- Kapital bazarları arasında əlaqələrin qurulması;

- Ortaq investisiya fondları və dövlət-özəl sektor tərəfdaşlıqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930