azturkxeber.az
http://azturkxeber.az

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

07-08-2026

İyul ayında Bakı metrosu ilə 16 milyondan çox sərnişin səfər edib.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, ötən ilin müvafiq ayı ilə müqayisədə sərnişin daşınması 10,31 faiz artıb.

Məlumata görə, iyul ayında ən çox sərnişinə xidmət göstərən stansiya 1 milyon 630 min 48 sərnişi qəbul edən “Koroğlu” stansiyası olub.

Ay ərzində metrodan ən çox istifadə olunan gün iyulun 1-i qeydə alınıb. Həmin gün metropolitenin xidmətlərindən 649 min 974 sərnişin yararlanıb.

Qeyd olunub ki, iyul ayında NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 567 min 107 ödəniş həyata keçirilib. Bu, ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 faizini təşkil edib. Eyni zamanda, “Əlçatan metro” xidmətindən iyul ayı ərzində 94 sərnişin istifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31