azturkxeber.az
http://azturkxeber.az

Sumqayıtda iki avtomobil qaçıran şəxslər saxlanılıb

03-08-2026

Sumqayıt şəhəri ərazisində zərərçəkənə məxsus “MG” markalı avtomobil qaçırılıb.

Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən N.Koroğluyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.

Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə zərərçəkənin yaşadığı binanın həyətində saxladığı “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən A.Zeynalov da saxlanılıb.

Hər iki nəqliyyat vasitəsi sahibinə geri qaytarılıb. Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31